Sitrus meyvələri soyuq qış fəslinin enerji mənbəyi hesab edilir. Bunlardan biri də portağaldır. Onun ləti, suyu, hətta qabığı belə çox faydalıdır. Bir çox insan daha çox portağalın meyvəsinə diqqət yetirir və soyduqdan sonra qabığını atır. Lakin onun qabığı da çox faydalıdır. Portağal qabığını soyarkən hiss etdiyimiz o ecazkar aroma ətiri dəri xərçənginin qarşısını alır.
Axşam.az xarici KİV-ə istinadən, portağalın bilinməyən faydalarını təqdim edir:
1.Portağallı su İndiyə qədər bir çoxlarımız limonlu suyu hazırlayıb. Bəs portağallı su? Portağalı dilimlərə bölüb çayınıza və ya suyunuza əlavə edib içə bilərsiniz.
2. Portağal çayı Bəzi meyvələrdə olduğu kimi, portağalın da çayını hazırlamaq mümkündür. 4 dilim portağal, 3-4 ədəd mixək(qurudulmuş qərənfil ləçəyi), 1 çay qaşığı sarı kökü 2 stəkan suya qatın və qaynadın. Bundan sonra 1 çay qaşığı darçın əlavə edin və dəmləyin.
3. Portağal qabığı Portağal qabığından bir çox yeməklərdə istifadə edə biləriniz. Daha çox dəniz məhsulları, toyuq, xüsusilə zeytun yağı ilə hazırlanan salatlarda istifadə edilir. Şirniyyatlarınızı bəzəmək üçün də portağal qabığını kiçik formada doğrayıb üzərinə əlavə edə bilərsiniz.
4. Portağal aroması Portağal dilimlərini qurudub onlardan bəzək əşyaları düzəldə yaxud da otağınız üçün gözəl aroma ətiri yarada bilərsiniz. Bunun üçün mixək(qurudulmuş qərənfil ləçəyini) portağalın üzərinə sıra ilə düzün. Otaqda bir yerə qoyun. Bir müddət sonra evi xoşagələn aroma ətiri bürüyüəcək.
5.Portağaldan hazırlanan buz kubları Yeni sıxılmış portağal suyu ilə buz kubları düzəldib çayınıza yaxud da suyunuza əlavə edə bilərsiniz. Bu içəcəyiniz mayenin ləzzətini artırımaqla yanaşı, onu C vitamini ilə də zənginləşdirəcək.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.