banner
banner

Gündəm

Londondan girovlarımıza dəstək

Londondan girovlarımıza dəstək

Qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində Londonda Ermənistan səfirliyi qarşısında nümayiş keçirilib.
Cia.az-ın məlumatına görə, Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil edilən aksiyanın əsas tələblərindən biri, ötən il erməni hərbçiləri tərəfindən Kəlbəcərdə ata-baba yurdunu ziyarət edərkən doğma torpaqlarında girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması olub.
Aksiyaya qatılan azərbaycanlı tələbələrin əllərində tutduğu plakatlarda - “Dağlıq Qarabağ Azərbaycandır”, “Dilqəm Əsgərov və Şahbaz Quliyevə azadlıq”, “Ermənistan beynəlaxalq huquq normalarını pozur” və digər bu kimi şüarlar yazılıb. 
Ermənistanın işğalçılıq siyasətinə qarşı keçirilən etiraz aksiyasına Milli Qəhraman Çingiz Mustafayevin oğlu Fuad Mustafayev də qatılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.