banner
banner

Dünya

Çexiyada quş qripi aşkarlanıb

Çexiyada quş qripi aşkarlanıb

Çexiyanın Podoli kəndində (Beneşov rayonu) yerləşən təsərrüfatlardan birində quş qripinin yeni ştammı H5N8 aşkarlanıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər.

Məlumata əsasən, quş qripinin yeni ştammı 25 toyuğun ölümünə səbəb olub, təsərrüfatdakı digər 20 toyuq və 6 ördək zəruri epidemiya təhlükəsizliyi qaydalarına uyğun olaraq baytarlar tərəfindən öldürüləcək.

Qeyd edilir ki, quş qripinin yeni ştammına insanların yoluxma riski çox aşağı qiymətləndirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.