banner
banner

Gündəm

İstanbulda Azərbaycan küçəsinin açılışı olub FOTO

İstanbulda Azərbaycan küçəsinin açılışı olub FOTO

Türkiyənin İstanbul şəhərininin tarixi və mərkəzi səmtlərindən biri olan Sarıyer rayonununda Azərbaycan küçəsinin açılış mərasimi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbul şəhərindəki baş konsulu Nərminə Mustafayeva, Sarıyer rayon bələdiyyəsinin sədri Şükrü Genc, İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbərliyi, ziyalılar və ictimayyət nümayəndələri iştirak ediblər.

Qonaqlar Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş küçənin girişində qoyulan “Azərbaycan küçəsinə xoş gəldiniz!” lövhəsinin qarşısında xatirə şəkli çəkdiriblər.

N.Mustafayeva bildirib ki, Sarıyer rayonundakı Cendere küçəsinin adı ötən il iyunun 13-də Baş Konsulluğun təşəbbüsü və Sarıyer rayon Bələdiyyəsi Məclisinin müvafiq qərarı ilə dəyişdirilərək Azərbaycan olub: "Bu qərar tarixin bütün dövrlərində bir-birinə arxa, dayaq olan iki ölkə arasında qardaşlıq bağlarının güclənməsinin daha bir bariz nümunəsidir".

Ş.Gənc isə hər il minlərlə turistin ziyarət etdiyi İstanbulun ən uzun, geniş və tarixi küçəsində Azərbaycan sözünü ölümsüzləşdirən qərara imza atdığına görə qürur duyduğunu vurğulayıb: "Artıq Azərbaycanın ürəyi Sarıyerdə döyünür. Azərbaycan küçəsi bundan sonra da dostluğumuzun, qardaşlığımızın sarsılmazlığını dünyaya nümayiş etdirəcək".

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan və abidəsinin ucaldıldığı park da məhz Sarıyer rayon bələdiyyəsinin ərazisində yerləşir. Ulu öndərin doğum və vəfat tarixləri Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü əsasında Sarıyer rayon bələdiyyəsinin protokol tədbirlərinin təqviminə daxil edilib.

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.