banner
banner

Dünya

Səfirlik binasına bombalı hücum

Səfirlik binasına bombalı hücum

Liviyada İspaniya səfirliyi binasına hücum təşkil edilib. 
Cia.az-ın məlumatına görə, Liviyanın paytaxtı Tripolidə İspaniyanın səfirlik binasına bombalı hücum planı həyata keçirilib. 
Hadisə səbəbilə Aşur məhəlləsi adlı əraziyə çox sayda təhlükəsizlik qüvvələri cəlb olunub. Ölən və yaralananların olub-olmadığı barədə xəbər verilmir. Binaya ciddi zərər dəyib. 
Hücumu hələlik heç bir terror təşkilatı və ya qruplaşma məsuliyyəti öz üzərinə götürməyib. 
Ölkənin diplomatik təhlükəsizlik aparatı rəhbəri general Əl-Məbruk Zahir jurnalistlərə verdiyi açıqlamada partlayışa səbəb naməlum şəxs və ya şəxslərin içərisində bomba olan çantanı binaya qoyması olub. 
Xatırladaq ki, bundan əvvəl Liviyada Mərakeşin, Misirin, BƏƏ-nin, Cənubi Koreyanın və İranın səfirlikləri binalarına hücum olmuşdu.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.