Yunanıstan bu gün Rusiya ilə 5 milyard avroluq razılaşma imzalamağı planlaşdırır.
ANS PRESS-in mləumatına görə, Moskva Afinaya “Türkiyə axını” qaz kəməri layihəsi çərçivəsində işlərin aparılması üçün 3 milyarddan 5 milyard avroya qədər pul verəcək. Həmin vəsait Yunanıstanın Avropaya qaz tranzitindən əldə edəcəyi gəlirin avansı olacaq. Bu barədə Rusiyanın NTV telekanalı xəbər yayıb.
Xəbərdə bildirilir ki, bu sövdələşmə dövlət borcuna yenidən baxılması üçün Avropa İttifaqı ilə danışıqların uzanması səbəbi ilə Yunanıstanın üzləşdiyi ağır vəziyyətdən çıxmasına kömək edəcək. Bununla yanaşı, mayın 12-də Afina Beynəlxalq Valyuta Fonduna 747 milyon avro məbləğində borc da qaytarmalıdır.
Qeyd edək ki, martın 30-da Moskvada Yunanıstanın istehsalat islahatı, ətraf mühitin mühafizəsi və energetika naziri Panayotis Lafazanis Rusiyanın energetika naziri Aleksandr Novakov və “Qazprom”un başçısı Aleksey Miller ilə danışıqlar aparmışdı. Görüşdən sonra jurnalistlərin suallarına cavab verən Lafazanis “Türkiyə axını”nı Mərkəzi Avropa ilə birləşdirəcək Yunanıstan ərazisindən keçən qaz kəmərinin tikilməsi barədə Rusiya ilə razılaşmanın yaxın zamanlarda imzalanacağını qeyd etmişdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.