banner
banner

İdman

Teymur Rəcəbov “Opera Euro Rapid” turnirinin ikinci günündə də məğlub olmayıb

Teymur Rəcəbov “Opera Euro Rapid” turnirinin ikinci günündə də məğlub olmayıb

“Champions Chess Tour” çərçivəsində “Opera Euro Rapid” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, mükafat fondu 100 min ABŞ dolları olan yarışın ikinci günündə daha 5 tur oynanılıb.

Azərbaycan şahmatçısı Teymur Rəcəbov keçirdiyi 5 görüşdə yenə məğlubiyyət acısı yaşamayıb. O, bu gün bütün qarşılaşmalarını “sülh”lə bitirib. Həmyerlimiz Aniş Giri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Vidit Qudjrati (Hindistan) və Danil Dubovla (Rusiya) heç-heçə edib.

Beləliklə, Teymur günü 2,5 xalla bitirərək, aktivindəki xalla 5,5-ə çatdırıb.

Dairəvi sistemlə keçirilən turnirin ilkin mərhələsinin son günündə - fevralın 8-də Rəcəbov Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Uesli So (ABŞ) və Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.

Qeyd edək ki, yarışda 16 şahmatçı üç gün ərzində dairəvi sistemlə mübarizə apardıqdan sonra pley-offa 8 vəsiqənin sahibini müəyyənləşdirəcək. Turnirə fevralın 14-də yekun vurulacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.