Uzun müddətdir gündəmdən uzaq olan müğənni Bendeniz fanatları ilə görüşüb.
Axşam.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Devrekdə bir restoranda sevilən mahnılarını oxuyan 90-ların məşhur sənətçisi qonaqlara unudulmaz anlar yaşadıb.
Uzun müddətdən sonra ilk dəfə səhnəyə çıxan ifaçı onu dinləyənlərlə duet də oxuyub.
Qeyd edək ki, müğənni Bendeniz 90-cı illərdə Türkiyənin ən məşhur müğənnilərindən sayılırdı. Lakin bir müddət sonra o, karyerasına ara vermişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.