Böyük Britaniya şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl bu dəfə siyasətə qarışıb.
Axşam.az xarici mətbuata istinadən bildirir ki, cütlüyün ABŞ-la bağlı siyasi görüşlər həyata keçirdiyi ortaya çıxıb.
Onların bu görüşü gizli təşkil edilməsinə baxmayaraq mətbuata sızıb.
“Independent” nəşrində yer alan məlumata əsasən, Harri və Meqanın Amerikada keçirilən prezident seçkilərindən əvvəl bir neçə dəfə Kaliforniya qubernatoru Qevin Nyusomla görüşdüyü bildirilib.
Həmin vaxt isə Qevinin hazırda ABŞ-ın vitse-prezidenti olan Kamala Harrisin postunu tutacağı deyilirdi.
Hazırda Meqan və Harri Amerika siyasətinə qarışmaqda ittiham edilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.