Ürək-damar cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə Heyətinin sədri, Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov poliklinika həkimlərinə və ürək damar xəstələrinə müraciət edib.
Cia.az APA-ya istinadən xəbər verir ki, deputat ürək-damar xəstələrinin koronavirusa qarşı peyvənd vurdura biləcəyini söyləyib.
“Bütün açıq ürək və stendləmə əməliyyatı olunan pasiyentlərim, eləcə də yüksək təzyiq, şəkərli diabet kimi yanaşı xəstəliyi olan insanlar COVİD-19 peyvəndi (SinoVac) vurdura bilər.
Hətta ürək-damar xəstəliyi olan insanların sağlam insanlarla müqayisədə daha tez peyvənd olunmasını tövsiyə edirik”, - deyə həkim əlavə edib.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.