banner
banner

Hərbİ

Polkovnik: “Azərbaycan Ordusu qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib”

Polkovnik: “Azərbaycan Ordusu qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib”

“Azərbaycan Ordusu ötən ilin sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab vermək üçün əks hücum əməliyyatına başladı. Əməliyyatın əsas məqsədi 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək idi. Bunun üçün Azərbaycan Ordusu dəmir yumruq altında birləşərək xalqımızla birlikdə fəaliyyət göstərdi”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının zabiti, polkovnik Pərviz İbrahimov deyib.

O bildirib ki, Azərbaycan Ordusu müharibə zamanı düşmənin lazımi səviyyədə itkilər verməsinə nail olub: “Bununla da Azərbaycan Ordusu qarşıya qoyulan tapşırıqları yerinə yetirdi. Hazırda döyüş hazırlığı proqramına uyğun olaraq bölmələrin səhra vərdişlərinin daha da artırılması istiqamətində fəaliyyətlərini davam etdirirlər. Vətən müharibəsindən çıxarılan nəticələr onu göstərir ki, Azərbaycan Ordusu qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.