10 günlük təlimlər keçən Azərbaycanın mühəndis istehkamçılarına türkiyəli mütəxəssislər tərəfindən beynəlxalq sertifikatlar təqdim olunub.

Trend-in məlumatına görə, istehkamçlar istehsalçı şirkətin nümayəndələri ilə birlikdə texnikanın işlədilməsi, istismarı və qulluğunu tam şəkildə öyrəniblər.

Sertifikatı Müdafiə Nazirliyinin Mühəndis istehkam xidmətinin rəisi, general-mayor Anar Kərimov və türkiyəli mütəxəssis təqdim edib.