Müğənni Sinan Akçıl keçmiş həyat yoldaşı aktrisa Burcu Kıratlıya elçi gedib.
Axşam.az türk mətbuatına istinadən bildirir ki, Akçıl ailəsi ilə birgə adət-ənənələrə uyğun olaraq Burcunu yenidən ailəsindən istəyib.
Təşkil olunan kiçik mərasim zamanı ikili üzükləri taxdıqdan sonra əyləncə başlayıb. Cütlüyün gəlinlik və bəylik kostyumlarını stilist Hakan Akkaya hazırlayıb.
Qeyd edək ki, Sinanla Burcu 2018-ci ildə Amsterdamda nikah masasına əyləşiblər. Doqquz ay sonra isə rəsmi şəkildə boşanıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.