banner
banner

Sosİal

16-26 yaşlı subay qızların nəzərinə!

16-26 yaşlı subay qızların nəzərinə!

“Miss Globe İnternational” beynəlxalq gözəllik yarışmasının yerli seçim turlarının sənəd qəbuluna start verilib. Seçimlər noyabrın 1-20 arasında keçiriləcək.

Oxu.Az-a bu haqda məlumatı layihənin baş prodüseri, tanınmış təşkilatçı Aqil Məmiyev verib:

“Kastinq noyabr ayının sonuncu günü baş tutacaq. Finala vəsiqə qazanan 24 nəfər iştirakçı “Miss Globe Azerbaijan” adı uğrunda mübarizə aparacaq”.

Dünyaca məşhur müsabiqənin 90-cı finalında iştirak etmək üçün “Miss Globe Azerbaijan” yarışmasının ilk seçim turuna gözəlliyinə və intellektinə əmin olan 16-26 yaş arası subay qızlar qatıla bilərlər. Noyabrın 25-də nüfuzlu münsiflərin seçimi ilə “Miss Globe İnternational” müsabiqəsinin Azərbaycan təmsilçisi müəyyən olunacaq.

Qeyd edək ki, “Miss Globe Azerbaijan” gözəllik yarışması “Z Company 2007” şirkətinin təşkilatçılığı ilə keçiriləcək.

Layihənin idarə heyəti:

“Miss Globe İnternational”ın sahibi - Rasim Aydın

“Miss Globe Azerbaijan”ın direktoru - Zamiq Yunisov

İcraçı direktor - Pərviz Əzimzadə

Baş prodüser - Aqil Məmiyev

Xatırladırıq ki, 89-cu “Miss Globe İnternational” müsabiqəsinin finalı sentyabrın 14-də “Baku Crystal Hall”da baş tutub. Müsabiqənin qalibi Avstraliya təmsilçisi Esma Voloder seçilib. Yarışmada ölkəmizi model Oksana Rzayeva təmsil edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.