banner
banner

Hərbİ

Müdafiə naziri: “44 günlük müharibədə Türkiyə hər zaman Azərbaycanın yanında oldu”

Müdafiə naziri: “44 günlük müharibədə Türkiyə hər zaman Azərbaycanın yanında oldu”

“Azərbaycan 44 günlük müharibədə Ermənistanı məğlub edərək torpaqlarının işğalına son qoydu. Bu müharibədə Türkiyə hər zaman yanımızda oldu”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimlərində çıxışı zamanı deyib.

“Bütün dünya qardaşlığımızın sarsılmaz olduğunu gördü. Müharibə dövründə Türkiyə mənəvi və diplomatik dəstək göstərərək yanımızda oldu. Türkiyə belə yanaşması ilə dünyaya bu mesajı verdi: “Türkiyə Azərbaycanın yanındadır". Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı sarsılmazdır və əbədidir. Türkiyənin yanımızda olması bizi daha da qürurlandırdı, bizə güc verdi. Biz bu gücdən istifadə edərək işğal altındakı torpaqlarımızı işğaldan azad etdik. Azərbaycan xalqı bunu yüksək qiymətləndirdi. Türkiyənin bizə verdiyi böyük dəstəyə görə təşəkkür edirəm”, - deyə müdafiə naziri vurğulayıb.

Z. Həsənov qeyd edib ki, Qarabağ müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirib: “Azərbaycan və Türkiyə hərbçiləri Azadlıq meydanında Zəfər paradında iştirak etdilər. Bu tarixi gündə Azərbaycan xalqı da Türkiyə və Azərbaycan bayraqları ilə öz dəstəklərini nümayiş etdirdilər. Qış təliminin də uğurlu keçməsini arzulayıram və hamınızı təbrik edirəm. Əminəm ki, qardaşlığımız, əlaqələrimiz belə davam edəcək. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.