banner
banner

İdman

"Roma" və "İnter" qələbə qazanıb

"Roma" və "İnter" qələbə qazanıb

İtaliya A seriyasında XXII tur 5 oyunla davam edib.

Apasport.az saytının məlumatına görə, paytaxt klublarından “Roma” ev, “Latsio” isə səfər sınağına çıxıb.

Birincilər günün ilk matçında “Udineze”ni məğlub edərək, dünən uduzan “Yuventus”u turnir cədvəlində qabaqlayıb.

“Latsio” isə Milanda “İnter”in qonağı olub. “Milan”ın məğlubiyyətindən sonra liderliyə yüksəlmək şansı yaxalayan “neradzurra” bunu əldən verməyib. Romelu Lukaku iki qol və bir məhsuldar ötürmə ilə komandasına qələbə qazandırmaqla yanaşı, zirvəyə də yüksəldib. Qollarının sayını 16-ya çatdıran belçikalı forvard bombardirlər yarışında da lider Kriştianu Ronaldonu yaxalayıb.

“Atalanta” isə “Kalyari” səfərindən son dəqiqə qolu sayəsində qalibiyyətlə dönüb.

Turun son oyunu (23:45. “Verona” – “Parma”) fevralın 15-də keçiriləcək.

İtaliya. A seriyası
XXII tur
14 yanvar
“Roma” – “Udineze” – 3:0
Veretut, 5, 25, Pedro, 90+3
“Kalyari” – “Atalanta” – 0:1
Muriel, 90
“Sampdoriya” – “Fiorentina” – 2:1
Keyta, 31, Kvalyarella, 71 – Vlahoviç 37
“Krotone” – “Sassuolo” – 1:2
Ounas, 26 – Berardi, 14, Kaputo, 49 (pen.)
“İnter” – “Latsio” – 3:1
Lukaku, 22, 45, Martines, 64 – Eskalante, 61



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.