banner
banner

Gündəm

Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI

Hansı məhbuslar əfv olunacaq?–

"Ola bilər ki, əfv qərarı Novruz bayarımına çatmasın. Bu, müzakirələrin yekunlaşmasından asılı olacaq".

"Bu müraciətlərin hamısına baxılacaq. Müsbət və ya mənfi rəy verilməlidir".

Milli Məclisin deputatı, Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Fazil Mustafanın BAKU.WS-ə müsahibəsi:

 - Əfvlə bağlı məsələ nə yerdədir?

 - Əfv müstəsna olaraq prezidentin səlahiyyətində olan məsələdir. Ölkə başçısı vaxtaşırı fərman verməklə bu funksiyanı həyata keçirir. Bu məsələ bütövlükdə ciddi müzakirədən keçir. Çünki bu məsələdə insan taleyinə bağlı olan məsələdir. Əfv Komissiyası müzakirələrdən sonra məqsədəuyğun saydığı şəxslərin siyahısını prezidentə təqdim edir və onların bağışlanmasını tövsiyyə edir. Ölkə başçısı bu siyahı əsasında və ya siyahıdan kimlərisə istisna etməklə müvafiq qərar qəbul edir. Bundan sonra isə həmin şəxslər barəsində hüquqi prosedur başlayır.

Hazırda əfv məsələsi müzakirə mərhələsindədir. Bu mərhələdə nəticələr hələ davam edir, çünki çox sayda müraciətlər var. Bu müraciətlərin hamısına baxılacaq. Müsbət və ya mənfi rəy verilməlidir. Daha sonra prezident tərəfindən müvafiq qərar qəbul ediləcək və kimlərin əfvə düşməsi məlum olacaq.

 - Novruz bayramı ərəfəsində əfv olacaq?

 - Ola bilər ki, əfv qərarı Novruz bayarımına çatmasın. Bu, müzakirələrin yekunlaşmasından asılı olacaq. Əfv Komissiyası ciddi şəkildə çalışır ki, mümkün qdər tez vaxta məsələləri həll etsin. Amma insanların sayı çox ola bilər. Buna görə müzakirələr uzana bilər və əfv Novruz bayramında olmaya bilər.

 - Nə qədər məhbus əfv olunacaq?

 - Əfv olunacaq məhbusların sayı ilə bağlı təqribi rəqəmlər yoxdur. Müraciətlərə hissə-hissə baxılır. Amma konkret nə qədər rəqəmdir bununla bağlı bilgim yoxdur.

 - Məhbuslar əfv olunmaq üçün hara müraciət etməlidir?

 - Əfv olunmaq üçün insanlar Əfv Dövlət Komitəsinə müraciət etməlidir. Ya prezidentə, ya birinci vitse-prezidentə, ya da deputata müricət etməlidirlər. Müraciət daha sonra Əfv Komissiyasına yönləndirilir. Komissiya müvafiq qurumlara sorğu göndərir, onun haqqında materiallar toplayır. Penitensiar Xidmətdən sənədlər istənilir, orada həmin şəxsin davranışı, fəaliyyəti, həbsxanadakı qaydalara riayət edib-etməməsi sənəddə öz əskini tapır. Növbəti mərhələdə komissiyada məsələlər sistemləşdirilir, müzakirəyə çıxarlır və səsvermə ilə rəy verilir və bunun nəticəsində qərar qəbul olunur.

 - Novruz bayramında amnistiya olacaqmı?

 - Amnistiya ilə bağlı hələlik bir müraciət yoxdur. Amnistiya aktını Milli Məclis verir. Bu maddələr üzrə vətəndaşların həbs və azadlıqdan məhrumetmə və ya başqa cəza növündə olan vətəndaşlar üçün müəyyən azadlığa buraxılması, cəzasının çəkilməmiş hissəsinin azaldılması nəzərdə tutula bilir. Bu, Milli Məclisin səlahiyyətlərinə daxil olan məsələdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.