banner
banner

Gündəm

“Sovetski” ərəblərə icarəyə verilməyib- RƏSMİ

“Sovetski” ərəblərə icarəyə verilməyib-

Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) Bakının “Sovetski” kimi tanınan ərazisinin ərəb iş adamlarına icarəyə verilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

BŞİH-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar əsassızdır və şayiədir: "“Sovetski”nin ərəblərə icarəyə verilməsi haqqında yayılan məlumatlar əsassızdır”.

Qeyd edək ki, bu yaxınlarda bəzi mətbuat orqanlarında ərəb iş adamlarının “Sovetski”ni 99 il müddətinə icarəyə götürdüyü, ərazi boşaldıldıqdan sonra orada otellər, restoranlar, əyləncə və istirahət mərkəzlərinin tikiləcəyi barədə məlumatlar yayılıb.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.