Bir neçə gün əvvəl əmlakçı Yusuf Arazı məhkəməyə verib, 20 min lirə (4 min 858 manat) təzminat alan aktrisa-model Defne Samyeli yeni ev axtarışına çıxıb.
Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, aktrisa evinin 5 min lirəlik (3 min 652 manat) kirayə haqqını ödəyə bilmədiyi halda, 30 min lirəlik (7 min 305 manat) mənzil axtarır.
Pulu olmayan Defnenin yüksək məbləğdə kirayə ev axtarması hərkəsi təəccübləndirib. Bəziləri Samyelinin xəzinə tapdığını deyərək onu ələ salıblar.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.