Ermənilər Azərbaycan kəndini atəşə tutdu - evə 2 mərmi düşdü
Erməni silahlı bölmələri Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub. Kənd sakinlərinin “Report”a verdiyi məlumata görə, kənd ərazisinə ümumilikdə 7-8 mərmi düşüb. Atılan mərmilərdən ikisi kənddəki evlərdən birinin həyətyanı sahəsinə düşüb. Xoşbəxtlikdən kənd sakinlərindən heç kim xəsarət almayıb. Erməni silahlı bölmələri yaşayış evləri ilə yanaşı, kənd qəbiristanlığını da atəşə məruz qoyub. Mərmilərin partlaması nəticəsində qəbirlərə ziyan dəyib. Düşmən cavab atəşi ilə susdurulub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.