banner
banner

Sosİal

Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək

Sabah bu marşrutların hərəkət xətti dəyişdiriləcək

26 fevral Xocalı soyqırımının 29-cu ildönümü günü Xətai rayonu, Xocalı prospekti, “Ana fəryadı” abidəsinin qarşısında keçiriləcək anım tədbiri ilə əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət səbəbindən bir sıra müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkəti də müvəqqəti olaraq dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, dəyişiklik ümumilikdə 7 müntəzəm marşrut xəttini (4, 21, 30, 32, 46, 49 və 175) əhatə edir. Qeyd olunan müntəzəm xətlər üzrə avtobusların hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

 

Dəyişiklik 26.02.2021-ci il səhər saat 08:00-dan məhdudiyyət tam aradan qaldırılanadək davam edəcək.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.