Bədənin əsas dayağını təşkil edən sümüklər və oynaqlar yaşlandıqca müəyyən təsirlərə məruz qalır. İlbəil artan yaşla insanlar osteoporoz (sümük əriməsi), osteoartrit (oynaqlara duz yığılması) kimi problemlərlə tez-tez rastlaşırlar. Sümüklərin sağlam qalması üçün ediləcək ilk şey düzgün qidalanmaqdır. Mütəxəssislər möhkəm sümüklərə sahib olmaq üçün günəş şüasından istifadəni və əsasən vitamin tərkibli qidaların qəbulunu tövsiyyə edirlər.
Axşam.az xarici KİV-ə istinadən sümüklər üçün faydalı olan həmin vitaminli qidaları təqdim edir:
1. Kalsium Sümüklərin möhkəmliyi üçün günəş enerjisi qədər kalsium da vacibdir. Əsasən süd məhsulları, fıstıq, qoz, badam, kələm, brokoli, yaşıl yarpaqlı tərəvəzlərdən istifadə etməklə sümüklərin kalsiuma olan ehtiyacını ödəmək olar.
2. D vitamini D vitamininin ən vacib funksiyalarından biri sümük sağlamlığını qorumaqdır. Bu, həzm sistemində kalsiumun udulmasında, həm də sümük əmələ gəlməsində iştirak edən hüceyrələrə stimullaşdırıcı təsir göstərir. D vitamininə ən çox balıq, yumurta, kartof, süd və göbələk kimi qidalarda rast gəlinir.
3. C vitamini Sümük daşlarının quruluşuna təsir edən kollagen (insan bədənində olan amin turşularından ibarət bir proteindir) istehsalını artıran C vitamini də əhəmiyyətli rola malikdir. Sitrus meyvələri, kivi, çiyələk, yaşıl bibər, pomidor, gül kələm və bibər kimi qidalar C vitaminli tərkibə malikdirlər.
4. B12 vitamini Sümüyün keyfiyyəti və inkişafı üçün çox vacib olan B12 vitamini çatışmadıqda, sümük rezorbsiyası (hərəkətsizlik) inkişaf edir. B12 həm bədənin, həm də sümüklərin qələvi balansının təmin olunmasında mühüm rol oynayan kalium, kalsiumun bədəndə uzun müddət qalmasında rol oynayır. Dəniz məhsulları, kartof və bananın tərkibində çox miqdarda kalium var.
5. A vitamini A vitamininin də sümük inkişafına əhəmiyyətli dərəcədə töhfə verdiyi aşkar edilib. Omega-3 və 6, balıq, qoz və yaşıl yarpaqlı tərəvəzlərdə daha çoxdur və kalsiumun udulmasına kömək edir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.