banner
banner

Sağlamlıq

Bəzədilmiş tortlardakı sintetik TƏHLÜKƏ

Bəzədilmiş tortlardakı sintetik TƏHLÜKƏ

Doğum günü və ya özəl günlər üçün fərqli rənglərdə hazırlanıb bəzədilən tortlarda istifadə edilən sintetik qida boyalarının sağlamlığımıza bir çox zərərləri vardır.

Bir çox bazar və ya marketlərə satılan qida boyalarının çox istifadəsi orqanizmdə bir çox problemlərə səbəb ola bilər. Bu xüsusən immuniteti zəif olanlarda astma və allergiyaya, uşaqlarda isə hiperaktiv pozuntulara gətirib çıxarır.

Mütəxəssislər bildirirlər ki, qida boyları təbii və sintetik olmaqla iki yerə ayrılır. Təbii qida boyaları bitki və ya heyvan məhsullarının rəng piqmentləri alınaraq əldə edilir. Bunlarla bərabər, kimyəvi məhsullardan istifadə edilərək hazırlanan sintetik qida boyaları da var. Bəzədilən tortlarda əsasən şəkər xəmiri üzərində istifadə edilən qida boyalarının təbii, yoxsa sintetik olmasına fikir vermək lazımdır. Həmçinin, ÜST sintetik qida boyalarının istifadəsində müəyyən hədd qoyub. Müəyyən edilmiş miqdardan artıq istifadəsi isə bir çox problemlərə yol açar. Xüsusən uşaqlar üçün ciddi allergik problemlər yaradır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.