Sızanaqlar həm qadınlar, həm də kişilər üçün problem sayılır. Çoxları hətta dərisində olan sızanaqlardan utandığı üçün bayıra çıxdıqda ətrafdakılardan utanır. Sizə sızanaqların əmələ gəlmə səbəbləri və onların müalicəsi barədə bir neçə məsləhət vermək istəyirəm. Sızanaqlar dəri altında olan piy və tük köklərinin iltihablaşmasıdır. İtihablı və iltihabsız olmaqla 2 cür sızanaqlara rast gəlmək olur. Sızanaqlardan ev şəraitində xilas olmağın bir neçə üsulu: Limon suyu maskası Limon suyu maskası dəridə olan sızanaqların geri sorulmasına yardım edir. Limon suyunun tərkibində olan turşular dəridəki qara nöqtələrdən xilas olmaqda şox faydalıdır. Bunun üçün dəri əvvəlcədən ilıq su və sabunla yuyulub qurudulur. Yarım ədəd limon sıxılır və pambıq vasitəsilə üzə sürtülür. Limon suyunu üzə gecə sürtmək və səhərə kimi dəridə saxlamaq lazımdır. Limon suyundan istifadə edən zaman dərinizdə olan sızanaqları deşməyə çalışmayın. Bu maska həssas və quru dərisi olanlar üçün məsləhətli sayılmır. Maskanı həftədə 3 dəfə təkrarlamaq lazımdır. Dəridə yanma hissi çox olduqda maska həftədə 1 dəfə edilməlidir. Gül suyu maskası. * 100 ml gül suyu * 2 xörək qaşığı bal * 2 xörək qaşığı şəkər tozu * 2 xörək qaşığı vitamin E. Yuxarıdakılar qarışdırılır, pambıq vasitəsilə üzə sürtülür, 15 dəqiqə sonra yuyulur. Bal və alma maskası. * 1 ədəd alma * 3-4 qaşıq bal. Alma əzilir və bal qatılıb eyni kütlə halına gətirilir, dəriyə sürtülür. 20 dəqiqə sonra dəri ilıq su ilə yuyulur.
Astrologiya və numerologiyaya görə doğum ayı insanın xarakteri, davranışları və həyat situasiyalarına reaksiyası haqqında müəyyən təsəvvür yarada bilər. Bəzi insanların isə təbiətən daha sakit, balanslı və konfliktlərdən uzaq olduğu düşünülür.
Ailə ziyafətləri və bayram süfrələri üçün salat hazırlayarkən bərk qaynadılmış yumurtaların qabığının çətin soyulması və ağından hissə-hissə qopması bir çox aşpazın qarşılaşdığı ən böyük problemlərdən biridir.
Boston Universitetinin alimləri müəyyən ediblər ki, qocalmış hüceyrələri məhv edən ABT-263 preparatı yaşlı orqanizmlərdə dərinin zədələnmiş nahiyələrinin daha tez sağalmasını sürətləndirə bilər.
Gündəlik gigiyena qaydası hesab etdiyimiz vərdiş əslində eşitmə qabiliyyətini tamamilə itirməyə səbəb ola bilər. Mütəxəssislər illərdir doğru bildiyimiz bu metodun təhlükələrini açıqlayıb.
Yağlı saçlar bir çox insanın ortaq problemidir və çox vaxt yanlış qulluq vərdişlərindən qaynaqlanır. Saçın tez yağlanması həm estetik görünüşə xələl gətirir, həm də saç diblərinin havasız qalmasına səbəb olur.