Tramp Baydeni ABŞ-ı müharibələrə cəlb etməkdə ittiham edib
ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin administrasiyası ölkəni müxtəlif müharibələrə cəlb edir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın sabiq prezidenti Donald Tramp Orlando şəhərində (Florida ştatı) Mühafizəkar Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı deyib.
D.Tramp bildirib: "Mən vəzifədə olarkən biz demək olar ki, sonsuz müharibələri dayandırdıq. Əfqanıstanda 19 ildir olan hərbi mövcudluğu demək olar ki, sıfıra endirdik və indi yeni administrasiyanın Əfqanıstana qayıtmaq istədiyini eşidirəm".
Sabiq prezident qeyd edib ki, ötən il ərzində Əfqanıstanda ABŞ hərbçisi həlak olmayıb: "Mənim hakimiyyətim dövründə Yaxın Şərqdə heç kimin mümkün olacağını düşünmədiyi sülh müqavilələri imzalanıb".
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.