Əfqanıstanda da fəallaşan İŞİD terror qruplaşmasına qarşı cihad elan edilib. Yaxın Şərqdə terror fəaliyyətləri dünya gündəmini zəbt edən İŞİD terror qruplaşmasının Əfqanıstanda da hücumlar həyata keçirməsi bölgədəki digər qruplaşmalar tərəfindən pislənib. Bu qruplaşmalardan biri məşhur “Taliban” qruplaşmasıdır. Bu barədə Helmand şəhəri polis rəisi Nəbi Can Mulahəl bildirib. Onun sözlərinə görə, iki qruplaşmanın bir-birinə qarşı cihad elan etməsi haqda əllərinə sənədlər keçib. Talibanın hazırladığı yazıda İŞİD (DAİŞ) silahlılarının müsəlman olmadığı səbəbilə, İŞİD-in hazırladığı yazıda isə Talibanın islamdan çıxması səbəbilə qarşılıqlı cihad elan ediblər. Əfqanıstan hökumətinin nəzarət edə bilmədiyi bölgələrdə hazırda İŞİD silahlıları fəaliyyətlərini davam etdirir və yeni üzvlərini yetişdirirlər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.