Azərbaycanda hansı hərbçilərin maaşı artıb? - AÇIQLAMA
Post-müharibə dövrünün bir sıra təhdidlərini, xidmətin xüsusiyyətlərini, qulluq və sosial-məişət şəraitinin mürəkkəbliyini nəzərə alaraq Müdafiə nazirinin müvafiq əmrinə əsasən hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əmrə əsasən, Azərbaycan Ordusunun Ermənistanla dövlət sərhədində və Azərbaycanın Qarabağ bölgəsində Rusiya Federasiyası sülhməramlı kontingentinin yerləşdirildiyi zonaya bitişik ərazilərdə hərbi xidmət keçən hərbi qulluqçuların vəzifə maaşlarına 100 faiz həcmində müddətli əlavələr təyin edilib.
Vəzifə maaşlarına əlavələr nəzərdə tutulan hərbçilərlə bağlı danışan hərbçi ekspert Ədalət Verdiyev bildirib ki, bu ödənişlərin artıq həyata keçirilməsinə başlanılıb:
"Müharibədən sonrakı dövrdə, xüsusilə Qarabağ ərazisinin azad edilməsində iştirak edən və hazırda həmin ərazidə çətin coğrafi iqlim şəraitind, yüksək dağlıq mövqelərdə xidmət aparan, sosial məişət şəraiti şəhər şəraiti ilə eyni olmayan zabitlərin əmək haqlarının qaldırılması nəzərdə tutulub. Bu ödənişlərin artıq həyata keçirilməsinə başlanılıb.
Yanvar-fevral ayları üçün hərbçilərimiz həm əvvəlki ayın kəsirlərini, həm də bu ayın əlavələrini artıq alıblar. Təbii ki, bu hal cəmiyyət tərəfindən çox müsbət qarşılanıb".
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.