banner
banner

Hərbİ

Hərbçimiz ermənilərə erməni dilində komanda verib onları tələyə necə salıb? - ŞOK DETALLAR

Hərbçimiz ermənilərə erməni dilində komanda verib onları tələyə necə salıb?

36 illik ömrünün yarısını Vətənə xidmətə həsr edən, Vətən müharibəsi qəhrəmanı, “Hadrut fatehi” Camal İsmayılov 1984-cü ildə Neftçalada dünyaya gəlib.

2002-ci ildə hərbi xidmətdə olarkən komandanlığın diqqətini çəkən Camal daha sonra hərbçi olmağa qərar verib.

Musavat.com AzTv-yə istinadən xəbər verir ki, O, Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi fəaliyyətə başlayır. Camal rus, ingilis və erməni dillərini mükəmməl bilir. Aprel döyüşlərində isə qəhrəmanlığı ilə fərqlənib.

Vətən müharibəsinin başlaması zamanı Camal İsmayılovun ilk cümləsi belə olur: “Bu dəfə torpaqlarımızı mütləq geri qaytaracağıq”.

II Qarabağ müharibəsi iştirakçısı Camal İsmayılov Füzuli, Cəbrayıl, Zəngilan, Hadrut və Ərgünəş yüksəkliyinin, həmçinin Laçın dəhlizinə nəzarəti təmin edən yüksəkliyin alınmasında xüsusi fədakarlıq göstərir. O, Füzuli uğrunda gedən döyüşlərdə yaralı yoldaşına kömək etmək istəyərkən yaralanır. Yaralandığını isə ailəsindən gizlədən Camal sağaldıqdan sonra yenidən döyüşə yollanır.

Rabitə sahəsində mütəxəssis olan hərbçimiz ermənilərin rabitə sisteminə qoşulur. Hadrutu müdafiə edən 1500 nəfərlik erməni briqadasına erməni dilində əmr verir ki, geri çəkilin. Beləcə bir güllə belə atmadan 1500 nəfərlik ermənini zərərsizləşdirir.

Camal İsmayılov oktyabrın 21-i şəhidlik zirvəsinə ucalıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.