Aktrisa Beren Saatın son fotosu fanatlarını sevindirib.
Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, müğənni Kənan Doğulu ilə evli olan aktrisa ana olmaq üçün karyerasına ara verib.
Ankarada həyat yoldaşı ilə şərikli məkan işlədən Berenin keçən günlərdə çəkdirdiyi fotoda hamilə kimi görünməsi müzakirəyə səbəb olub. Özü etiraf etməsə də, sevənləri onun tezliklə ana olacağını düşünürlər.
Qeyd edək ki, bir müddət əvəl B.Saatın əkiz uşaqlara hamilə olması iddiası irəli sürülmüşdü. Lakin sənətçi "Mənim kimi zəif bir bədənli insanda hamiləlik gizlənilə biləcək bir xəbər deyil" deyərək şayiələri təkzib etmişdi.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.