“Çelsi” məğlubiyyətsiz oyunlar seriyasını on ikiyə çatdırıb
Futbol üzrə İngiltərə çempionatının 27-ci turunda “Çelsi” “Everton”u qəbul edib.
“Report”un məlumatına görə, qarşılaşma “Stemford Bric” stadionunda baş tutub.
Birinci hissədə yeganə qolu “Everton”un müdafiəçisi Ben Qodfri öz qapılarına vurub. Oyunun 65-ci dəqiqəsində isə Jorjinyo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.
55-ci dəqiqədə “Çelsi” üçüncü qolu rəqibin qapısından keçirsə də, VAR (videotəkrar – Red) sisteminin tətbiqindən sonra qol hesaba alınmayıb. Matç “Çelsi”nin vurduğu iki qolla yekunlaşıb.
Bununla da, “Çelsi” məğlubiyyətsiz oyunlar seriyasını 12-yə çatdırıb (9 qələbə və 3 heç-heçə).
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb