Bu gün Beynəlxalq Ana-Yer günü qeyd edilir. ANS PRESS-in məlumatına görə, bu gün Boliviyanın təşəbbüsü ilə BMT-nin Baş Assambleyasıının 63-cü sessiyasında 2009-cu ilin 22 aprel tarixində təntənə ilə elan edilib.
Qətnamənin həmmüəllifi qismində BMT-nin 50-dən artıq üzvü çıxış edib.
Baş Assambleyanın 63-cü sessiyasının sədri Migel d Eskoto bildirib ki, bu Beynəlxalq günü qətnamədə elan edilməsi Yerin və onun eko sisteminin insanlığın həyatını təmin etməsinə minnatdarlıqdır. Həm də, BMT-nin Konfransında ətraf mühit üzrə və Rio-de-Janeyronun inkişailə bağlı 1992-ci ildə qəbul edilmiş vəzifələrin təsdiqidir.
Qətnamədə qeyd edilir ki, Yer və onun eko sistemi bizim evimizdir və gələcək və indiki nəsillərin sosial, iqtisadi və ekoloji ehtiyaclarını ödəmək üçün gələcək nəsillər harmoniyada işləməlidir.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.