banner
banner

Gündəm

Azad edilmiş ərazilərdə bələdiyyələrin formalaşdırılacağı müddət açıqlanıb

Azad edilmiş ərazilərdə bələdiyyələrin formalaşdırılacağı müddət açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə bələdiyyələrin yaradılmasına başlanılacağı müddət açıqlanıb.

Trend-in məlumatına görə, ədliyyə nazirinin müavini Vilayət Zahirov parlamentin bu gün keçirilən iclasında bələdiyyələrin illik fəaliyyəti haqqında hesabat verərkən deyib ki, Azərbaycanda bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir.

O bildirib ki, erməni işğalı nəticəsində indiyə qədər 950-dən çox yaşayış məntəqəsində bələdiyyə seçkiləri keçirilməyib və həmin ərazilərdən olan soydaşlarımızın konstitusyon hüquqları pozulub.

Nazir müavini bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə minalardan təmizlənmə işləri, dəymiş ziyanın qiymətləndirilməsi işləri aparılır: "Bu proseslərdən sonra həmin ərazilərdə yaşayış üçün zəruri infrastruklturun yaradılamsı, insanların qayıtması işləri aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra işğaldan azad edilmiş ərazilərdə yerli özünüidarə orqanlarının yaradılmasına başlanılacaq".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.