banner
banner

İdman

Futsal üzrə millimiz ardıcıl dördüncü qələbəsini qazanıb

Futsal üzrə millimiz ardıcıl dördüncü qələbəsini qazanıb

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 9-da növbəti oyununu keçirib.

Trend xəbər verir ki, Kişineudakı Çioresku idman zalında Moldova yığması ilə qarşılaşmadan 5:3 hesabı ilə qalib ayrılan milli komandamız ardıcıl 4-cü qələbəsinə sevinib.

Vassouronun dubl etdiyi oyunda millimizin digər qollarını Hadi Ahmadi və Ramiz Çovdarov vurub. Digər qolu isə Yulian Kojokaru öz komandasının qapısından keçirib.

 

Bu qələbədən sonra xallarını 12-yə çatdıran Joze Alesio da Silvanın başçılıq etdiyi kollektiv liderliyini daha da möhkəmləndirib və sona 2 tur qalmış final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edib. Moldova isə 4 xalla 3-cü pillədə qərarlaşıb. Bu qrupdakı digər komandalardan Slovakiya 7 xalla 2-ci, xalı olmayan Yunanıstan isə sonuncudur.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.