banner
banner

İdman

"Yuventus" kökündən dəyişir, Ronaldu satılır

"Yuventus" kökündən dəyişir, Ronaldu satılır

UEFA Çempionlar Liqasındakı uğursuzluqdan sonra İtaliya "Yuventus"unun rəhbərliyi komandanın qlobal şəkildə yenidən qurulmasına köklənib.

"Report"un məlumatına görə, cari mövsümün sonunda müdafiəçilər Aleks Sandro və Canluka Frabotta, yarımmüdafiəçi Aaron Remsi və hücumçu Kriştianu Ronaldu ilə yollar ayrıla bilər. Braziliyalı Sandro özü getmək istəyirsə, uelsli Remsi komandadakı gələcəyinə əmin deyil. İtaliyalı Frabotta isə yerinə yeni oyunçu alınacağı təqdirdə, komandada oyun vaxtı qazana bilməyəcək.

Portuqaliyalı Ronalduya gəldikdə, klub onu 60 milyon avroya satmağa hazırdır. "Yuventus"un 36 yaşlı forvarda illik 31 milyon avro ödəyə bilmədiyi deyilir. Əsas namizəd isə Fransa PSJ-sidir.

Eyni zamanda komandanı Canluici Buffon, Fereriko Bernardeski, Radu Draqusin, Adrien Rabyo və Merih Demiralın tərk etməsinin mümkünlüyü də vurğulanır.

Əvəzində hələlik iki yarımmüdafiəçi - "Sassuolo"dan Manuel Lokatelli və İngiltərənin "Çelsi" klubundan Jorjinyonun maraq dairəsinə düşdüyünü iddia olunur.

Qeyd edək ki, "Yuventus" Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ-yə iki oyunun yekununda səfər qolu prinsipi ilə uduzub - 1:2, 3:2.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.