banner
banner

Hərbİ

"6 minə yaxın xarici muzdlu hərbçi cəlb olunub" - Rusiyalı tarixçi

"6 minə yaxın xarici muzdlu hərbçi cəlb olunub"

“Keçmiş SSRİ məkanında azərbaycanlılara qarşı müharibəyə Yaxın Şərq ölkələrindən, eləcə də Cənub-Şərqi Avropadan, Qərbi Avropadan və ABŞ-dan erməni millətindən olan 6 minə yaxın xarici muzdlu hərbçi cəlb olunub”. “Report” xəbər verir ki, bunu Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi: Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimat mərasimində müəllif deyib.
O.Kuznetsovun sözlərinə görə, Dağlıq Qarabağdakı müharibə erməni milliyyətçiliyinin Azərbaycan xalqına qarşı terror müharibəsidir: “Dağlıq Qarabağa gəlmiş döyüşçülər altruist deyil, sözün həqiqi mənasında muzdlu hərbçilər, terrorçular olub, azərbaycanlı qocaları, qadın və uşaqları abstrakt siyasi ideallar yolunda yox, pul naminə qətlə yetiriblər. Məsələn, Ermənistan Dövlət Milli Təhlükəsizlik İdarəsinin kəşfiyyat əməliyyatları şöbəsinin rəisi, polkovnik-leytenant Caan Ohanesyan, həmin idarənin mayoru Aşot Qaloyan və onlara qoşulmuş digər şəxs – Rusiyanın Federal Əks-kəşfiyyat Xidməti terrorizmə qarşı mübarizə idarəsi 2-ci şöbəsinin məsləhətçisi Boris Simonyan haqqında Tambov qarnizonu Hərbi Məhkəməsinin 11 mart 1996-cı il tarixli hökmündə açıq şəkildə bildirilir ki, onlar Azərbaycan Respublikasına qarşı silsilə terror aktları həyata keçirmək məqsədilə Rusiya Federasiyası ərazisində hazırlıq işlərinə görə ittiham ediliblər”.
O qeyd edib ki, ermənilərin Azərbaycana qarşı törətdikləri cinayətlər kommersiya məqsədi daşıyır: “Erməni terrorizminin kommersiya maraqları özünü ilk dəfə XX əsrin əvvəllərində - katolikos I Mkrtıçın və erməni həvari kilsəsinin din xadimlərinin ekstremist və radikal erməni siyasi qruplaşmalarını Rusiya hakimiyyətinə qarşı açıq mübarizəyə qalxmaq çağırışlarında qabarıq şəkildə özünü büruzə verib”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.