banner
banner

Hərbİ

Daxili Qoşunların yaranmasından 29 il keçir

Daxili Qoşunların yaranmasından 29 il keçir

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə martın 12-də Daxili Qoşunların yaranmasının 29-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, giriş sözü ilə çıxış edən nazir Vilayət Eyvazov Daxili Qoşunların yaranmasının növbəti ildönümü münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Zati-alilərinin səmimi təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdırıb. O, çıxışında təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu ənənələrinin bu gün də uğurla davam və inkişaf etdirildiyini, ali diqqət və qayğı, eyni zamanda ciddi nəzarət, tələbkarlıq sayəsində Daxili Qoşunların yüksək peşəkarlığa, döyüş və fiziki hazırlığına malik mobil bir quruma çevrildiyini məmnunluqla vurğulayıb.

Sonra nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədov məruzə ilə çıxış edib.

General-polkovnik Vilayət Eyvazov çıxışında Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsində Daxili Qoşunların hərbi qulluqçularının da iştirak edərək mərdlik, qəhrəmanlıq, vətənpərvərlik nümunələri göstərdiyini və düşmənlə ağır döyüşlərdə Qoşunların 66 hərbçisinin şəhid olduğunu, 346 nəfərin isə yaralandığını qeyd edib.

Diqqətə çatdırılıb ki, Prezident tərəfindən Qoşunların Vətən Müharibəsində döyüş tapşırıqlarını yerinə yetirən 1377 hərbçisi yüksək dövlət təltiflərinə, o cümlədən 4 nəfəri “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülüb.

 

Nazir xidmətdə fərqlənən hərbi qulluqçuların peşə bayramı ərəfəsində də dövlət mükafatlarına layiq görülməsinin möhtərəm Prezidentin Qoşunların şəxsi heyətinin əməyinə verdiyi ali dəyərin və yüksək etimadının əyani ifadəsi olduğunu diqqətə çatdırıb.

Eyni zamanda, daxili işlər naziri Vilayət Eyvazov Daxili Qoşunların qarşıda duran başlıca vəzifələrini qeyd edərək tapşırıq və tövsiyələrini verib. O, Qoşunların hərbi qulluqçularının bundan sonra da vətəndaşların və dövlətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında səy və bacarıqlarını əsirgəməyəcəklərinə, asayişin və daxili təhlükəsizliyin keşiyində əzm və qətiyyətlə dayanacaqlarına əminliyini ifadə edib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev iştirak edib.

Sonda tədbirin iştirakçıları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul ediblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.