banner
banner

Dünya

Nigeriyada 300-dən çox məktəbli xilas edildi

Nigeriyada 300-dən çox məktəbli xilas edildi

Nigeriyanın təhlükəsizlik qüvvələri bir qrup silahlı şəxsin ölkənin şimalında yerləşən Kaduna əyalətində 300-dən çox məktəblini qaçırmaq cəhdinin qarşısını alıb. Azvision.az xəbər verir ki, bu barədə "Punch" qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bildirilib ki, şagirdlərin xəbərdarlığından sonra ərazidəki təhlükəsizlik qüvvələrinin üzvləri hadisə yerinə gəliblər. Basqınçılar onlarla qarşıdurmaya tab gətirməyərək qaçıblar.

Qeyd edək ki, cümə günü Kaduna əyalətində daha bir kollecdən 30 məktəbli qaçırılıb. Nigeriyanın Niger ştatında isə bir kəndə silahlı hücum nəticəsində 19 nəfər oğurlanıb. Hökumət baş verənlərin fonunda ölkədə bütün orta məktəblərin iki həftəlik bağlanması haqqında qərar verib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.