banner
banner

Sağlamlıq

Tünd şokolad yemək nədə faydalıdır? - Beynin dərmanı

Tünd şokolad yemək nədə faydalıdır? - Beynin dərmanı

Tünd, qara, keyfiyyətli şokolad hətta təzyiq və diabet xəstələrinə belə məsləhət görülən, orqanizmə faydalı xüsusi qidadır.

CİA.Az qara şokoladın kimlərə faydalı olacağını, hansı xəstəliklərdə hətta müalicəvi təsir etdiyini təqdim edir.

Enerji artırır

Gərgin işdə, zehni yüklənmədə, günün sonunda enerji və güc azalmasında 20-30 qram tünd şokolad yeyin.

Yorğunluq, həvəssizlik, yuxululuq, apatiya zamanı da köməyə gəlir.

Energetik balansı tənzimləyir, əhvalı qaldırır.

Bu təsirə səbəb şokoladda olan maqniy, dəmir, kaliy olmasıdır. Südlü şokoladda bunlar azdır, amma qara şokoladda boldur.

- Tromblara qarşıdır

Şokolad qan dövranına da yaxşı təsir edir. Bu şokoladda flavonoidlər çoxdur.

Bu tam təbii maddədir, tromb və ateroskleroz - damar tıxanmasına qarşıdır, pis xolesterini qovur. Əzələ gərginliyini götürür, qanda kaliyi artırır. İnsult və infarkta qarşı da bu baxımdan təsirlidir.

 

- Böyrəklər üçün lazımdır

Sidik yolları infeksiyaları, bakteriyalarından və böyrək xəstəliklərindən əziyyət çəkənlər heç olmasa gündə bir dilim tünd qara şokolad yeməlidir.

O, yüngül sidik qovucu və təmizləyicidir. Böyrək damarlarına da yaxşı təsir edir.

- Beyin üçün

Beynin yaxşı işləməsi üçün və stimulə edici təsir edir. Kaliy, maqniy, dəmir, şəkərlə beyini təmin edir. Yaddaş, düşüncə, diqqət üçün gündə 1 dilim şokolad bəs edir.

Tələbə, müəllim, şagird, bank işçilərinə çox vacibdir. İmtahan öncəsi şokolad yeyin.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.