ATƏT müşahidəçiləri Ukrayna Silahlı Qüvvələrinin Donetsk ərazisindəki təmas xəttində separatçı döyüşçülər tərəfindən vəziyyətin daha da kəskinləşdirildiyini bildiriblər. ATƏT-in Xüsusi Monitorinq Qrupunun ötən gün dərc olunmuş son məruzəsində deyilir ki, intensiv döyüşlər Donetsk aeroportu və Mariupolun Şirokino məntəqəsinə yaxın ərazidə gedib. Məruzədə göstərilir ki, aprelin 20-dən başlayaraq Şirokino ərazisinə doğru tanklardan, minaatanlardan, pulemyotlardan və digər atıcı silahlardan istifadə olunmaqla tammiqyaslı döyüş başlayıb. Müvəqqəti sakitlikdən sonra, axşama doğru Donetsk aeroportu ərazisi ağır silahlardan atəşə məruz qalıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.