Rusiya prezidenti Vladimir Putinin İrəvana aprelin 24-də gözlənilən səfəri Moskvanın Türkiyə və Azərbaycanla münasibətləri pozmayacaq. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. “Kütləvi cinayət qurbanlarının xatirəsini yad etmək münasibətləri korlamaq üçün səbəb deyil. Çox sayda barışıq nümunələri var. Biz erməni-türk və erməni-Azərbaycan münasibətlərinin normallaşmasına tərəfdarıq. Xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox iş görürük. Biz xarici tərəfdaşlarımızla birgə mütəmadi olaraq Ermənistan və Azərbaycan təmsilçiləri ilə ünsiyyət qururuq. Ümid edirik ki, bu məsələnin həli sürətlənəcək”, - deyə Lavrov bildirib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.