banner
banner

İdman

Çempionlar Liqasında son püşk atıldı

Çempionlar Liqasında son püşk atıldı

UEFA Çempionlar Liqasında 2020/2021 mövsümünün son püşkatma mərasimi keçirilib.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə ilk olaraq 1/4 final cütləri bəlli olub. Püşkü Türkiyə millisinin sabiq futbolçusu, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop çəkib.

1/4 final

"Mançester Siti" (İngilərə) - "Borussiya" (Dortmund, Almaniya)

"Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə)

"Bavariya" (Almaniya) - PSJ (Fransa)

"Real Madrid" (İspaniya) - "Liverpul" (İngiltərə)

Yarımfinal

1. "Bavariya" (Almaniya) / PSJ (Fransa) cütünün qalibi - "Mançester Siti" (İngilərə) - "Borussiya" (Dortmund, Almaniya)

2. "Real Madrid" (İspaniya) / "Liverpul" (İngiltərə) cütünün qalibi - "Portu" (Portuqaliya) / "Çelsi" (İngiltərə) cütünün qalibi

Final

Birinci cütün qalibi - ikinci cütün qalibi

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 6 - 7 apreldə, cavab qarşılaşmaları isə 13 - 14 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 27 - 28 apreldə, cavab qarşılaşmaları 4 - 5 mayda olacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.