Meksikada 5,9 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Meksika Milli Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə meydana gəlib.
Dağıntı və tələfat olmayıb. Zəlzələ ölkənin bir çox şəhərində hiss olunub.


