Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri Qırğızıstanda birgə hərbi təlimlərə başlayıb. Bu barədə Qırğızıstanın Müdafiə Nazirliyi xəbər yayıb. Bildirilib ki, ötən gündən başlayaraq Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Tacikistanın hərbi birləşmələri Şamsi vadisində dörd günlük birgə təlimlər uğurla keçir. Təlimlərin məqsədi qanunsuz silahlı birləşmələr və terrorçuluqla mübarizə, girovların azad edilməsi ilə bağlı əməliyyatların təkmilləşdirilməsi və yeni metodlardan istifadədir. Ekspertlər bu addımı Qərbə qarşı güc nümayişi kimi qiymətləndiriblər. Maraqlısı odur ki, Şanxay Əməkdaşlıq Təşkilatının üzvü kimi Özbəkistan bu təlimlərə qoşulmaq istəməyib. Xatırladaq ki, Əfqanıstan, Hindistan, İran, Monqolustan və Pakistan ŞƏT-də müşahidəçi statusa malikdirlər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.