banner
banner

Gündəm

Azərbaycanda ov edən ərəb görün kim imiş... FOTO

Azərbaycanda ov edən ərəb görün kim imiş... FOTO

Bir qrup ərəbin Azərbaycanda qanunsuz ov etməsi, nadir sayılan quşları məhv etməsi cəmiyyətdə böyük narazılığa səbəb olub.

Bu fakta görə sosial şəbəkələrdə hökuməti günahlandıran vətəndaşlar ərəblərə göz yumulmasını tənqid edir. Bu tənqidlərdən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi açıqlama yayaraq, həmin ərəblərin cərimələndiyini bildirib.

Gununsesi.info özəl mənbələrə istinadən qanunsuz ov edənlərin bəzilərinin kimliyini öyrənib.

Məlum olub ki, həmin ərəblərdən biri Birləşmiş Ərəb Əmirliyində nazir vəzifəsində çalışır.

Fotodakı iki şəxs Şeyx Zayed ibn Məhəmməd ibn Butti əl-Həmid və qardaşı Saifdir. Qardaşları Abdulla Əbu Dabi əmirliyinin nazirlərindən biridir. Fotonu bəyənən və rəy yazan şəxs də Şeyx Arahmah əl-Qasimidir. Ras əl-Xayma əmirliyinin şahzadələrindən biridir.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.