Uşaq yaşlarında reytinqli layihələrdən olan “Yaprak dökümü”ndə rol alan azyaşlı aktrisa Şebnem Ceceli artıq kino sahəsindən uzaqlaşıb.
Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, hazırda Özyeğin Universitetində hüquq ixtisası üzrə ali təhsil alır. Şebnem təcrübəli və savadlı vəkil olmaq arzusundadır.
Qeyd edək ki, Ceceli məşhur serialda Ayşə obrazına həyat verib. 2006-2010-cu illərdə ekran işinin çəkilişlərində iştirak edən Şebnemin serial bitən zaman 11 yaşı olub. Hazırda isə Ceceli 20 yaşındadır.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.