Artıq 1 ildir davam edən Covid-19 pandemiyası gündəlik yaşayış tərzinə mənfi təsir edib. Bir çox məktəblər və bağçalar bağlandığı üçün uşaqlar da evdə qalıb. Onların evdə qalması isə dayələrə olan tələbatı artırıb.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, bu dövrdə daha çox varlı ailələr dayələrə üz tutublar. Dayə seçilərkən isə ingilis dilini ana dili kimi bilən, pianinoda ifa edən və müəllimlik qabiliyyəti olanlara üstünlük verilib.
Bu kriteriyalar əsasında dayə seçən məşhurlar da az deyil. Onlar arasında aparıcı Ece Erken, müğənnilər Gülşən və Bengü də var.
Məşhurlar övladları üçün tutduğu baxıcılara kifayət qədər yüksək miqdarda pul ödəyirlər. Onlar arasında dayəyə hər ay 32 min lirə(7 min 420 manat) maaş ödəyənlər də yer alıb.
Gülşen, Hatice Şendil və Bengü övladlarına daha çox filippinli dayələr tutmağa üstünlük verirlər. Bunun əsas səbəbi onların ingilis dilini kifayət qədər yaxşı bilmələridir. İzzet Özilhan ilə evliliyindən iki qızı olan Yasemin Özilhanın da uşaqlarının dayəsi ingilis dilində sərbəst danışa bilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.