banner
banner

Dünya

“AstraZeneca”nın adı dəyişdirildi

“AstraZeneca”nın adı dəyişdirildi

Britaniya-İsveç şirkəti “AstraZeneca”nın COVID-19-a qarşı peyvəndinin adı dəyişdirilib. Azvision.az xəbər verir ki, 25 martdan etibarən peyvənd “Vaxzevria” adlandırılmağa başlayıb.

İsveç tibbi məhsullar agentliyinin saytında dərc edilmiş məlumata əsasən, adın əvəzlənməsi başqa dəyişiklilərə səbəb olmayacaq. Məhsul haqqında məlumat, etiketləmə və qablaşdırma fərqli görünə bildiyindən peyvənd mütəxəssisləri bunu bilməlidirlər.

Ad dəyişikliyi mart ayında peyvənd alan insanlarda təhlükəli fəsadların olmasına dair məlumatların yayılması fonunda baş verib. Avropa Dərman Agentliyi isə “AstraZeneca” peyvəndinin tromboembolik ağırlaşmalar riskinin artırdığını təsdiqləməyib, onun təhlükəsiz və effektiv olduğunu bəyan edib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.