banner
banner

Sosİal

Azərbaycanda karantin hansı qaydada sərtləşdiriləcək? - AÇIQLAMA

Azərbaycanda karantin hansı qaydada sərtləşdiriləcək? - AÇIQLAMA

"Ümumiyyətlə, virus sürətlə mutasiyaya uğrayır və mutagen formalar çoxsaylıdır. Hazırda 200-dən artıq mutagen formalar var".

Anons.az xəbər verir ki, bu fikri tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, virusun genomunda amin turşuların yerdəyişməsi ona yeni xassə və mutasion forma verib: "Nəinki, Britaniya ştammı, xeyli ştamlar meydana gəlib ki, onların yoluxuculuq potensialı var.

Epidemioloji vəziyyətin pisləşməsinə uyğun olaraq karantin qaydaları sərtləşdirilə bilər. Bu, təmasların azaldılması və genofondu qorumaq üçün aparılan vacib tədbirdir.

SMS icazə sistemi əslində tam karantindir. Bununla yanaşı iaşə müəssisələrində müxtəlif toplantıların məhdudlaşıdırılmasına zərurət yarana bilər.

Bu gün Bakı şəhərində restoranlar çox intensiv işləyir və bunlar hamısı təmaslardır. Bu cür təmasların azaldılması vacib olarsa, biz buna getməliyik.

Eyni zamanda ictimai nəqliyyatda qaydaya salınmalıdır. Çünki əhalinin böyük bir hissəsi ictimai nəqliyyatdan istifadə edir və böyük yoluxma potensialı var.

Sərt karantin tədbirləri müəyyən müddət davam edə bilər. Bu, 20 gün-1 ay müddətində davam edə bilər. Çünki bu, dalğanın uzunluğu və epidemioloji vəziyyətə bağlıdır".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.