banner
banner

Sosİal

Bulvarda pulsuz internet olacaq

Bulvarda pulsuz internet olacaq

Bulvar ərazisində yeniliklər paytaxt sakinlərini sevindirməkdədir. Gəmi və kater həvəskarları bu istəklərini gerçəkləşdirən zaman daha bir sürprizlə qarşılaşacaqlar. Simsiz internetdən də istifadə imkanlari əldə edəcəklər.
Yaxın vaxtlarda Bakı bulvarındakı gəmi və katerlər simsiz internetlə təchiz olunacaq. Hazırda Dənizkənarı Bulvar İdarəsi bu istiqamətdə danışıqlar aparır. 
Layihə hazırlanma mərhələsindədir və Avropa Oyunlarına qədər işlər başa çatacaq. Katerlərin böyük əhatə dairəsinə malik gücləndirilmiş antenlərlə təmin olunması nəzərdə tutulub. Hansı ki, bu antenlər vasitəsilə sərnişinlərin hərəkət marşrutu zamanı internetə maneəsiz girmək mümkün olacaq. 

Avropa Oyunlarına qədər tək bulvar ərazisindəki gəmi və katerlərdə yox, obyektlərdə də pulsuz internet quraşdırılması nəzərdə tutulub.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, artıq bu iş planlaşdırılıb: “Məqsəd isə gəzinti zamanı gəmidə olan qonaqlar və turistlər internetdən istifadə edə bilsinlər. Hazırda idarə bu istiqamətdə lazımı işlər görür. Qeyd edim ki, 2012-ci ilə ”Evrovison” musiqi yarışması ərəfəsində bulvarın əksər yerlərində “Wi-Fi” şəbəkəsi fəaliyyət göstərirdi. İndi də çalışırıq ki, yerdə qalan ərazilərdə də “Wi-Fi” şəbəkəsi olsun”.

Ümumlikdə bütün bulvar ərazisinin internetlə tam təmin olunması üçün xüsusi antenlərin quraşdırılması tələb olunur ki, hazırda bu məsələ Rabitə və Yüksək Texnalogiyalar Nazirliyinin, eləcə də İqtisadiyyat və Sənaye Nazirliyinin nəzarətindədir.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.