banner
banner

İdman

Avropa Liqasında yarımfinalçılar müəyyənləşir

Avropa Liqasında yarımfinalçılar müəyyənləşir

Bu gecə Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları keçiriləcək.

Qol.Az-ın məlumatına görə, baş tutacaq 4 qarşılaşmadan sonra bütün yarımfinalçılar müəyyənləşəcək.

İtaliyada "Fiorentina" klubu öz meydanında "Dinamo"nu qəbul edəcək. Ukraynada baş tutacaq oyunda 1:1 hesabı qeydə alındığından cütün taleyinə məhz bu görüşdə aydınlıq gələcək.

İtaliyanın digər təmsilçisi "Napoli" evdə "Volfsburq"la qarşılaşacaq. Səfərdə rəqibinə 4:1 hesabı ilə qalib gələn "Napoli" yarımfinalın bir addımlığındadır. Almaniya klubunun həmin məğlubiyyətin əvəzini çıxacağı inandırıcı görünmür.

Rusiyada "Zenit" və "Sevilya" üz-üzə gələcək. Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzan Peterburq təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Avroliqanın son qalibi olan "Sevilya"ya bu görüşdə heç-heçə də kifayət edəcək.

"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Dnepr" klubu evdə "Brügge" ilə qarşılaşacaq. Səfərdə rəqibi ilə 0:0 bərabərə qalan Ukrayna təmsilçisi yarımfinala adlamaq üçün bu görüşdə qalib gəlməlidir. "Brügge" isə yarımfinala adlamaq üçün ən azı məhsuldar heç-heçə etməli və ya qələbə qazanmalıdır.


 


21 aprel

Avropa Liqası, 1/4 finalın ilk oyunları

00:05. “Dnepr” (Ukrayna) - “Brügge” (Belçika) 
(İlk oyun - 0:0)

00:05. “Fiorentina” (İtaliya) - “Dinamo” (Kiyev, Ukrayna)
(İlk oyun - 1:1)

00:05. “Zenit” (Rusiya) - “Sevilya” (İspaniya) 
(İlk oyun - 1:2)

00:05. “Napoli” (İtaliya) - “Volfsburq” (Almaniya) 
(İlk oyun - 4:1)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.